Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 30 nəfər həlak olub

İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib.

O, qeyd edib ki, ölənlərdən 10-u uşaqlardır. Zərbələr nəticəsində həmçinin daha 203 nəfər xəsarət alıb.

“İsrailin iki gün ərzində Qəzza sektoruna hava zərbələri nəticəsində anklavda 30 fələstinli həlak olub. Onlar arasında 10 uşaq və 1 qadın da var. Zərbələr nəticəsində daha 203 insan yaralanıb”, – əl-Kidr bildirib.

Bazar etəsi axşam Qəzza sektorunda son illər ərzində ən böyük eskalasiya başlayıb. Bu günlər ərzində Qəzzadan İsrailə 600-dən çox raket buraxılıb.

Check Also

“Mossad”ın uğursuz ssenarisi: İsrail on minlərlə kürd döyüşçüsünü İrana yeridə bilmədi

İsrail və ABŞ-ın İrana qarşı hazırladığı, on minlərlə kürd döyüşçüsünün iştirakı ilə Tehrana qədər irəliləməyi …