Cümə , 22 Noyabr 2024
Drone Cameras

Gənclərlə Nizami ilinə həsr olunmuş vebinar keçirilib


Naftalan şəhər Gənclər və İdman İdarəsi və Sumqayıt şəhər Əli Kərim adına Poeziya Evinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə ölkəmizdə geniş şəkildə Nizami ili bağlı onlayn görüş baş tutub.

Boyukmillet.com xəbər verir ki, görüşü giriş sözü ilə açan Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin xalqımızın tarixinə və mədəniyyətinə ehtiramın təzahürü olduğunu vurğulayıb. Natiq həmçinin şairin əsərlərinin ümumbəşəri səciyyə daşıdığını, tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin yaradıcılığında ilham mənbəyi olduğunu, yeniyetmə və gənc nəslin təlim-tərbiyəsində əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Daha sonra çıxış edən ADPU Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Mahmud Allahmanlı şairin həyat və yaradıcılığı haqqında fikirlərini çatdırıb. M.Allahmanlının fikirlərinə görə, Nizami Gəncəvi kimi böyük sənətkarı olan xalq xoşbəxtdir. Mütəfəkkir şairin əsərləri insanları, cəmiyyəti sülhə, əmin-amanlığa, ədalətə, xeyirxahlığa, müdrik əməllərə səsləyir. Ümumiyyətlə, Nizami Gəncəvinin bədii yaradıcılığında, dünyagörüşündə, ictimai-siyasi baxışlarında ədalətli cəmiyyət və ədalətli dövlət başçısı məsələsi xüsusi yer tutur. Nizami Gəncəvi yaradıcılığı ümumbəşəri xarakter daşıyır.
Sumqayıt şəhər Əli Kərim adına poeziya evinin müdürü İbrahim İlyaslı məruzəsində qeyd edib ki, Nizami sadəcə əsərlərində milli – mənəvi dəyərləri təbliğ etməklə qalmayıb, onu ən gözəl şəkildə, fəlsəfi, elmi, bədii şəkildə tərənnüm edib, eyni zamanda, mənsub olduğu sufizm – əxilik aləminin də təsirilə möhtəşəm fikirlər ortaya qoyub.
Tədbirdə iştirak edən Bakı Beynəlxalq multikulturalizm mərkəzinin Türkiyə təmsilcisi Oktay Hacımusalı, psixoloq Gülnar Sadiq, şairə – publisist Adilə Nəzər şairin yaradıcılığında düşündürücü məqamların çox olduğunu qeyd edərək, humanist və mütərəqqi ideyalarla zəngin olan dahi şairin yaradıcılığının müasir dövrümüz üçün də olduqca aktual olması ilə bağlı fikirlərini dilə gətiriblər.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …