Bazar ertəsi , 21 Aprel 2025
Drone Cameras

Azərbaycanda icra başçısı şəhid anasının qarşısında diz çökdü VİDEO

Vətən Müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimovun dəfn mərasimində maraqlı anlar yaşanıb.

APA TV-nin xəbərinə görə, şəhid hərbçi II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.

Şəhidin cənazəsinin büküldüyü Azərbaycan bayrağı onun anasına təqdim olunub. Bayrağı təqdim edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid anasının qarşısında diz çöküb.

Check Also

Lökbatan qəsəbəsindəki “VİP LOMBARD” vətəndaşa fırıldaq gəlib – ŞOK FAKTLAR

Azərbaycanda lombardlarda kredit faizləri olduqca yüksək olsa da, əksər vətəndaşlar məcburiyyətdən bu xidmətdən yararlanırlar. Lombard …