“Yoluxma risklərinin azaldılması məqsədilə açılacaq obyektlərdə yəni idman sağlamlıq mərkəzlərinin işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur”.
Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.
O bildirib ki, bu tələb iyulun 1-dən tətbiq olunacaq və həmin tarixdən adıçəkilən obyetklərin 80 faiz işçilərindən tələb olunan sənədlər olmasa həmin obeyktlərə xəbərdarlıq ediləcək və hətta bağlana bilərlər: “Bu məsələ konsert, teatr, kinoteatr və şənlik salonlarına da aiddir. Gələcəkdə həmin obyektlərin xidmətindən istifadə etmək istəyənlərə təcili vaksinasiyadan keçməyi tövsiyə edərdim”.