Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Prezidentin köməkçisi: “Ölümlə lotereya oynamayın” – “Anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub”

“Mənim anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: “Sosial şəbəkələrdə vaksinlərin əks-təsirləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəzən sosial şəbəkələrdə qarşılaşırıq ki, hansısa təhülkələr haqqında danışırlar. Bunun heç bir elmi əsası yoxdur, cəfəngiyyatdır. Bizim iki yolumuz var. Ya vaksin vurdurmalıyıq, ya da xəstələnməliyik. Hamını peyvənd olunmağa çağırıram. İnsanlar vaksinasiya olunsunlar, ölümlə lotereya oynamasınlar”.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …