Bazar , 22 Noyabr 2026
Drone Cameras

COVID-19 pasportu və ya immunitet sertifikatı tələbinin hansı iş yerlərinə aid ediləcəyi açıqlanıb

2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbinin hansı iş və xidmət sahələrinə aid edilməsi açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, qeyd edilən tələb bütün iş və xidmət sahələrinə aiddir.

Belə ki, bütün iş yerlərində işçilərin ən azı 80 faizinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb olunacaq.

Qeyd edək ki, bu gün Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərar verib.

Check Also

Özəl tibb müəssisələri üçün icbari tibbi sığorta müraciətləri elektron qaydada qəbul olunacaq

Yaxın günlərdə özəl tibb müəssisələrində vətəndaşlara icbari tibbi sığorta hesabına xidmət göstərilməsi istiqamətində müraciətlər artıq …