Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ kəşfiyyatı Mərakeşdə saxlanılan Sedat Pekəri alıb BƏƏ-yə apardı və… – Misirli jurnalist Türkiyəyə qarşı kirli oyunun arxa planını açıqladı (SENSASİON VİDEO)

Misirli jurnalist Sabir Məşhur Birləşmiş Ərəb Əmirliklərində gizlənərək Türkiyənin dövlət və hökumət adamları haqda iddialarla çıxış edən mütəşəkkil cinayətkar şəbəkə başçısı Sedat Pekərlə bağlı sensasion açıqlamalarla çıxış edib.
 

Boyukmillet.com  xəbər verir ki, Pekərin Türkiyədən qaçış olayını, Mərakeşdən BƏƏ-yə təslim edilməsi hekayəsini anladan Məşhur, ABŞ kəşfiyyatının bu məsələdə rolunu açıqlayıb. Misirli jurnalistin bildirdiyinə görə, Mərakeş polisi Pekəri ölkədə həbs edərək ABŞ-ın istəyi ilə BƏƏ-yə təslim edib.

“Sedat Pek’r ilk öncə narkotik və mafiya işlərinin çox güclü olduğu Balkanlara getdi və Çernaqoriyada yerləşdi. Oradan da Mərakeşə getdi. Mərakeş polisi Sedat Pekəri ölkədə həbs etdi. Daha sonra ortaya ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Yaxın Şərqdə ən nüfuzlu şəxslərindən olan Mixael Rubin girdi və Mərakeş hökumətinə “Onu BƏƏ-yə göndərmək istəyirik” dedi. Pekəri Türkiyəyə rəğmən Mərakeşdən rəsmi olaraq BƏƏ-yə apara bilməzdilər. Niyə? Çünki, bu vəziyyətdə Türkiyə Mərakeş müxalifətinə önəmli dəstək verərdi. Özü qaçmış kimi göstərib BƏƏ-yə apardılar. Pekər ABŞ-ın vasitəçiliyi ilə BƏƏ-yə qaçrıldı. Pekərin videoları ilə Türkiyəyə qarşı bir kampaniya aparılır. Sedat Pekərə BƏƏ-də xüsusi təlimatlar verilir, nə söyləyib-söyləməyəcəyi öyrədilir. Pekərə bu təlim ABŞ və BƏƏ kəşfiyyatı tərəfindən keçilir. 

Süleyman Soyluya qarşı hücuma gəlincə, Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafındakı adamları bu tip əməliyyatlar yolu ilə prosesdən uzaqlaşdırmağa çalışırlar. Berat Albayrak haqqında da eyni kampaniya aparılırdı və nəticədə o istefa verdi. İndi sıra Soyludadır. Bundan başqa ölkənin önəmli şəxslərindən biri Binəli Yıldırım da oğlu vasitəsi ilə hədəf alındı. Gələcəkdə başqa nazirlər də hədəf lövhəsinə qoyula bilər”, deyə misirli jurnalist qeyd edib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …