Cümə , 18 Oktyabr 2024
Drone Cameras

Aprel döyüşündə ermənilərə casusluq sübut olundu (RƏSMİ)

2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib.
 
Boyukmillet.com trend-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəhbəri Fuad Cavadov deyib.
 
O qeyd edib ki, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra silərək məsuliyyəti öz üzərlərindən atmaq istəyib: “Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər. Lakin onların kompüter və mobil telefonları bizim mərkəzə təqdim edildi. Mərkəzin avadanlıqları vasitəsilə həmin şəxslərin düşmən tərəflə yazışmaları bərpa edildi və istintaqa təqdim olundu. Onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin yazışmalar bərpa edildi”.
 
 
Boyukmillet.com

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir