Şənbə , 27 İyul 2024
Drone Cameras

DQİDK jurnalistləri mükafatlandırdı

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mətbuat Şurası və Bakı şəhəri Məşədi Dadaş məscidi dini icması tərəfindən “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransı açıq elan edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsi, Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün dini mövzularla bağlı seminarların 2018-ci ildə də davam etdiriləcəyini bildirib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin dini sahədə maarifləndirilməsinin davam etdirilməsinin vacib olduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva “Din və informasiya təhlükəsizliyi” mövzusunda çıxış edib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, milli kimlik dini mənsubiyyətdən öncə gəlir: “Din o qədər incə məsələdir ki, bizi şüuri və qeyri-şüuri vəziyyət arasında asılı vəziyyətdə saxlayır. Belə tədbirlər dinlə manipulyasiyaların qarşısının alınmasında önləyici rol oynayır. Milli və dövlət maraqları həmişə öndə olmalıdır”.

Daha sonra KİV təmsilçiləri arasında “İslam həmrəyliyi və media” mövzusunda keçirilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. 

 

Boyukmillet.com

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir