Cümə , 5 Dekabr 2025
Drone Cameras

Azərbaycan və Türkiyə nəqliyyat nazirləri Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsi ilə tanış olub – FOTO

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolları layihəsinin təqdimatı olub.

Trend-in məlumatına görə, Türkiyənin “Kalyon” şirkətinin direktoru Mehmet Kalyoncu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevi və Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunu Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi layihəsi ilə tanış edib.

Qeyd edək ki, bu gün nazirlərin azad edilmiş ərazilərə səfəri başlayıb.

Səfər çərçivəsində Horadiz-Ağbənd dəmir yolu layihəsi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa, eləcə də Füzuli beynəlxalq hava limanı layihələri ilə tanışlıq keçirilib.

Check Also

Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) müvəqqəti ofisində Qırğızıstan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının …