Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ağdam və Tərtərdə 20 ədəd subartezian quyusu qazılacaq – SİYAHI – SƏRƏNCAM

Prezident İlham Əliyev “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Ağdam və Tərtər rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı aşağıdakı kimidir:

Sıra№-siRayonunadıQuyularınsayı, ədədYaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər
Ağdam10Bəybabalar kəndi88
Çəmənli kəndi3463
Ergi massivi (3 quyu)1151
Quzanlı qəsəbəsi3287
Mahrızlı kəndi1958
Paşabəyli kəndi764
Səfərli qəsəbəsi1017
Təzəkənd kəndi445
Tərtər10Bayandur kəndi680
Evoğlu kəndi2310
Əksipara kəndi1205
Hacıqərvənd kəndi2925
İrəvanlı kəndi1072
İsmayılbəyli kəndi1607
Qaynaq kəndi1916
Şıxarx qəsəbəsi476
Yuxarı Sarıcalı kəndi1204
Zolgəran kəndi382
Cəmi:2018

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …