Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Ermənistanda rusiyalı hərbçinin qatili İŞİD-in tərəfdarı olduğunu etiraf edib

Rusiyanın Ermənistandakı bazasının hərbçisini qətlə yetirməkdə ittiham olunan Arman Cancuqazyan məhkəmədə terrorçu İŞİD qruplaşmasının tərəfdarı olduğunu etiraf edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İstintaq İdarəsindən bildiriblər.

Xatırladaq ki, İstintaq İdarəsi həbs edildikdən sonra Arman Cancuqazyanın psixoloji probleminin olduğunu da bildirmişdi.

Qeyd edək ki, Ermənistandakı Rusiya hərbi bazasında xidmət edən 21 yaşlı sıravi əsgər Dmitri Yalpayev 2017-ci aprelin 22-də Gümrüdə mağazaların birində öldürülüb. Ölüm hadisəsi boyun və baş nahiyəsinə kəsici-deşici alətlə yetirilmiş xəsarət nəticəsində baş verib. Ermənistanın şimalındakı Stepanavan şəhərində yaşayan 20 yaşlı Arman Cancuqazyan bu cinayət işi ilə bağlı şübhəli bilinir.

 

Boyukmillet.com

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir