2018-ci il 3-6 apreldə Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
H.Hacıyev bildirib ki, 2019-cu ildə təşkilatın növbəti sammiti də Azərbaycanda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. (trend)
Boyukmillet.com