Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

Beynəlxalq Diaspor Mərkəzi Dünya Azərbaycanlılarını təbrik edir

Beynəlxalq Diaspor Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili  münasibətilə Azərbaycan xalqını təbrik edir. 

Əziz həmvətənlər!

Bu gün hərtərəfli inkişaf etməkdə olan Azərbaycanımız dünyada yaşayan bütün soydaşlarımızın ana Vətəni və qürur mənbəyidir. Dövlətimizin əldə etdiyi hər bir uğur dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün sevindirici hadisədir. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan xalqımızın nümayəndələrinin həmin ölkənin siyasi-iqtisadi, sosial-mədəni həyatında yaxından iştirak edib nailiyyət qazanması da ölkəmiz adına baş ucalığıdır. Ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün soydaşlarımızı daha da sıx birləşməyə çağırırıq. Bayrağımızın daim dalğalanmasının və düşmən üzərində böyük qələbənin milli həmrəylikdən keçdiyini unutmamalıyıq.

Hər bir azərbaycanlını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı, Vətənimizə firavanlıq, birlik, bərabərlik və qələbə arzulayırıq.

Bayramınız mübarək!

 

Boyukmillet.com

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir