Cümə , 10 May 2024
Drone Cameras

“Artıq Kiprdə federal əsasda bir razılaşma ola bilməz” – Ersin Tatar

“Görürəm ki, artıq Kiprdə federal əsasda bir razılaşma ola bilməz. Dediklərimiz bu seçkilərin nəticələri ilə bir daha təsdiqləndi”.

Boyukmillet.com  xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Cənubi Kiprdə keçirilən parlament seçkilərində iqrçi Milli Xalq Cəbhəsinin (ELAM) səslərinin artdığına münasibət bildirərkən deyib.

Prezident Tatar radikal sağçı, irqçi mövqeyi ilə tanınan ELAM-ın səslərini ikiqat artırdığı parlament seçkiləri ilə əlaqədar “Anadolu” Agentliyinə müsahibə verib. 
Kiprin yunan tərəfində millətçilik və ekstremist düşüncələrin artdığını ifadə edən Tatar, bunun Kiprdə ədalətli, qalıcı və davamlı bir razılaşma üçün müsbət bir inkişaf olmadığını qeyd edib.

Ersin Tatar deyib ki, bu nəticələr adanın yunan tərəfində millətçi və radikal düşüncələrin getdikcə artdığını göstərir: “Həm yunan tərəfindəki təhsil sistemində radikal millətçi ünsürlərin fəaliyyəti, həm də idman zallarında cərəyan edən proseslər seçkilərin nəticəsində özünü biruzə verib.

Seçkiləri hazırda yunan tərəfində türklərə qarşı nifrət aşılayan faşist ELAM tipli partiyalara qarşı tədbirin görülməməsinin nəticəsi kimi dəyərləndirmək olar. “Üstəlik yunan Ortodoks Kilsəsinin də bunlara dəstək verməsi ELAM-ın səslərinin artmasının ən böyük səbəbidir”.

Check Also

İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü başlayıb. Bu barədə “Report”un əməkdaşı xəbər …