Azərbaycan cüdoçusu Kəramət Hüseynov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Boyukmillet.com xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan Hüseynov 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Maqjan Şamşadini məğlubiyyətə uğradıb.