Çərşənbə , 5 Fevral 2025
Drone Cameras

Ərdoğandan Ruhaniyə kritik zəng: “Xalqın etiraz aksiyaları keçirmək hüququ var”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Tərəflər dekabrın 28-dən başlayan etiraz aksiyalarını müzakirə ediblər. Ərdoğan öz növbəsində İranda sabitliyin və ictimai asayişin təmin olunmasına önəm verdiklərini vurğulayıb.

Ərdoğan Ruhaninin dinc aksiya keçirmək hüququndan istifadə zamanı qanunvericiliyin pozulmasına yol verilməməsi barədə fikirlərini dəstəkləyib.

İran prezidenti Türkiyə liderinin həssas addımına görə təşəkkür edib və ölkəsində aksiyaların yaxın bir neçə gün ərzində yekunlaşacağına ümidvar olduğunu söyləyib. 

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir