Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

İranda təhlükəli vəziyyət: 10 minlərlə hakimiyyət tərəfdarı küçələrə çıxdı

İranda hökümətə dəstək məqsədilə aksiyalar təşkil edilir.
 
Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, hökümət əleyhinə 1 həftədir davam edən aksiyalardan sonra Kirmanşah, Əhvaz kimi bölgələrdə hakimiyyətə dəstək verən qruplar “Liderimiz, biz hazırıq” şüarlarını səsləndiriblər.
 
28 dekabrda Məşhəddə bir qrup şəxsin bahalıq, işsizlik, korrupsiya əleyhinə nümayişi ilə start götürən etirazlar qısa müddətdə Tehran, Kirmanşah, Zəncan, Şiraz, Qum kimi şəhərlərə yayılmağa başladı. Bu günə qədər etirazlarda 23 nəfər dünyasını dəyişib, 1000-dən çox insan həbs edilib. 
 
Etiraz aksiyaları ölkədə son 9 ildə təşkil edilən ən böyük nümayiş hesab olunur.
 
23 yaşlı Pərisa Məsudi adlı tələbə hadisələrə münasibət bildirərək “Həsən Ruhaniyə səs vermişəm, amma indi başa düşürəm ki, onun əli-qolu bağlıdır, vədlərinə əməl edə bilməz” fikirlərini deyib. Nəsrullah Məhəmmədi adlı şəxs 27 və 30 yaşlı universitet məzunu 2 oğlunun illərdir işsiz olmasından şikayətlənir. 34 yaşlı Rəhim Quravand isə hakimiyyəti Suriya, İraq və digər ölkələrdə pul xərcləməkdən çəkinməyə səsləyir.
 
İranda baş verən iğtişaşlara bir çox ölkə münasibət bildirib. Rəsmi Vaşinqtonun BMT-dəki daimi təmsilçisi Niki Heyli məsələnin müzakirəsi üçün Təhlükəsizlik Şurasını təcili yığıncağa çağırıb və “İran xalqının böyük cəsarətini alqışlayırıq” deyib. ABŞ prezidenti Donald Tramp isə “İran xalqı nəhayət ki, vəhşi rejimə qarşı çıxmağa başladı. Obamanın ağılsızca verdiyi pul terror və onların ciblərinə getdi. İnsanların yeməyi az, insan haqqları yoxdur, inflasiya isə yüksəkdir” açıqlaması ilə çıxış edib.
 
Məsələ ilə bağlı danışan İranın dini lideri Ayətullah Xameney düşmənlərini ölkədəki aksiyaları maliyyələşdirməkdə və alovlandırmaqda ittiham edib. (Qaynarinfo.az)
 
Gülşən

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir