Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Dünya Azərbaycanlıları Konqresinin Həmsədri Firudin Pərviznianın Müraciəti

Dəyərli Dostlar! Sayın DAK İH-nin üzvüləri və Fəalları! Dünya Azərbaycanlıları Konqresi Beynəlxalq Təşkilat olaraq Dünyada yaşayan Azərbaycanlıların doğma təşkilatına çevrilsədə Beynəlxalq siyasi aləmdə özünün hələdə layiqli yerini tapmamış, Beynəlxalq Təşkilatlar içində öncül söz sahiblərindən birinə çevrilə bilməmişdir.

Bunun əsas səbəblərindən biri maddi çətinliyimizin və Milli Birliyimizin hələdə yetərli olmamasıdır, Millətin Vətən Müharibəsində, 44 günlük mübarizədə bir yerdə olması, Qarabağın-Vətən torpaqlarının düşməndən azad olunması, dünyanın bu gününün, sabahının əbədi mövzusuna çevrildi. Deməli biz, bir olanda istədiyimiz hədəfləri asanlıqla dəf edə bilirik!

DAK-ın Həmsədri sayın Sabir Rüstəmxanlı bəyin Vətən Müharibəsi dövründə birliyimizə güc verən yaradıcılığı, Partiyadaşlarının Müharibə iştirakçıları olmasıda Təşkilatımız adına uğur sayılacaq işlərimizdəndir. Həmçinin arxa cəbhədə DAK-adından yaralanmış əsgər və zabitlərimizə öz maddi hesabına yardımlar göstərmiş, DAK-ın Avropa Nümayəndəliyi Başqanı Əli Hacı Ağaevlini və arxa cəbhənin ən fədakar nümüyəndəsi sayılacaq,döyüş bölgələrini addım-addım gəzən, DAK-ın İcra Aparatının Rəhbəri Samir Adgözəllini qürurla göstərə bilərik. Biz də öz növbəmizdə Həmsədir olaraq Almaniya və Avropa Televiziya və informasiya vasitələrində müntəzəm olaraq Azərbaycanın haqq səsini Dünya ictimaiyyətinə çatdırmışıq. Lakin, bütövlükdə Sayın Zəlimxan Məmmədli istisna olmaqla, Dak İH-i öz üzərinə düşən vətəndaşlıq fəallığından geridə qalmışdır. Yalnız qurultaylar və Konfranslar vaxtı yada düşən İdarə Heyəti faktiki heç bir fəaliyyət göstərməmiş, belə bir Beynəlxalq təşkilatda yer almaqları quruverici olsada, təşkilatın fəaliyyətinə heç bir yardımları dəyməmişdir. Sayın Həmvətənlər!

Bu gün qloballaşan dünyamızda bütün xalqlar öz mübarizə meydanını genişləndirmiş, Müstəqil olmayan Dövlətlər belə müstəqillik qazanmış və bunulada Dünya coğrafi xəritəsinin dəyişməsinə nail olmuşlar. Lakin Millət olaraq Cənubu Azərbaycanda bu proseslərin getməsinə nail ola bilməmiş, sayca Müstəqillik əldə etmiş Dövlətlərdən çox olsaqda mücadiləmiz müstəqilliyimizə nail olmamışdır. Dünyanın siyasi gündəmini dəyişmək, ona güc etmək, ayrı düşmüş bir Millətin Haqqına nail olmaq üçün bir olmağımız, Tarixin və zamanın üzərimizə qoyduğu bu haqq mübarizəsinin əsası olmalıdır.

30-40 min Milli azlıqları tanıyan Dövlətlər, 42 milyonluq Cənubu Azərbaycanınımızın haqqlarını tanımaqda öz riyakar siyasətlərinin qurbanlarına çevrilmişlər. Dəyərli dostlar, dünyanı bürüyən Pandemiya bizim Milli Mübarizəmizə təsir etməməldir. Odur ki, bir Beynəlxalq Təşkilat olaraq çəkinmədən fəaliyyətimizi gücləndirməli, informasiya vasitələrindən istifadə etməklə Cənubu Azərbaycan mövzusunun gündəmdən çıxmasına imkan verməməliyik. Tanrı Millətimizə bir olmaq, bütöv olmağı, güclü bir dövlət olmağı nəsib etsin! AMİN!

10 iyun 2021

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …