Cümə , 22 Noyabr 2024
Drone Cameras

Neftə tələbatın pandemiyadan əvvəlki səviyyəyə nə vaxt qayıdacağı açıqlandı

Dünyada neftə tələbatın həcmi 2022-ci ilin sonunadək pandemiyanın səbəb olduğu böhrandan əvvəlki səviyyəyə qayıdacaq və gündəlik 100 milyon bareli keçəcək.

Boyukmillet.com xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatına görə, belədə OPEC+ formatı iştirakçısı ölkələri tələbatı ödəmək üçün hasilat ixtisarını bir qədər yumşaltmalı olacaq. Belə ki, qeyri-OPEC ölkələri bu il gündəlik neft ixracatını 0,7 milyon barel, 2022-ci ildə 1,6 milyon barel artıracaq.

Hesabata əsasən, dünya üzrə neftə tələbatın həcmi bu il 5,4 milyon barel, gələn il isə 3,1 milyon barel artacaq və hər hansı dəyişiklik baş verməsə, 2022-ci ilin sonunda 100,6 milyon barelə çatacaq. Beləliklə, neft bazarı gələn ilin dördüncü rübünün əvvəlində pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq.

2022-ci ildə gündəlik ixracat artımında lider 0,9 milyon barellə ABŞ olacaq. Həmçinin Kanada, Braziliya, Norveç də neft ixracatını artıracaq. İran isə sanksiyalar ləğv ediləcəyi təqdirdə bu ilin sonunadək gündəlik hasilatı 0,75 milyon barel artıraraq 3,15 milyon barelə çatdıra biləcək.

Hesabatda göstərilir ki, inkişaf etmiş ölkələrdə neft ehtiyatlarının həcmi ötən ilin yazından bu yana ilk dəfə son beş ilin orta səviyyəsindən aşağı düşüb. Dünyada neft ehtiyatlarının tarixi rekord həddi olan 3,22 milyard barelə çatdığı 2020-ci ilin iyun ayından bu yana orta hesabla gündəlik 1,1 milyon barel azalırdı.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …