Cümə , 27 Mart 2026
Drone Cameras

Şuşada Ərdoğanın səfəri üçün hazırlıq işləri görülür – FOTO

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Şuşaya səfəredib.

Boyukmillet.com xəbər verir ki, səfir tvitter hesabında səfərinin məqsədinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərindən əvvəl hazırlıqlarla yerində tanış olmaq olduğunu bildirib.

“Şuşanı görməyən İkinci Qarabağ müharibəsinin nə qədər çətin, 44 günlük zəfərin isə nə qədər böyük bir qəhrəmanlıq olduğunu anlaya bilməz”, – deyə səfir daha sonrakı paylaşımında bildirib.

Check Also

YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti …