Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçildi

iclasda onun müavinləri və katib də müəyyənləşib.

Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın ilk toplantısı keçirilib.

Boyukmillet.com  xəbər verir ki, toplantıda nazir müavini, general-leytenant İsmət Əliyev iştirak edib.

İctimai Şuranın tam demokratik əsaslarla seçilən üzvlərinə uğurlar arzulayan İsmət Əliyev bildirib ki, DİN “İctimai iştirakçılıq haqqında” qanuna əsasən üzərinə düşən bütün vəzifələri məmnuniyyətlə yerinə yetirəcək.

Toplantıda “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri, Xalid Qarayev və Mahirə Əmirhüseynova onun müavinləri, Sevda Məmmədli isə katib seçilib.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …