Cümə , 5 İyul 2024
Drone Cameras

Rumıniya XİN başçısı: “Azərbaycan bizim üçün strateji tərəfdaşdır”

“Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır və bizim ikitərəfli əlaqələrimizin zəngin potensialı var”.

Boyukmillet.com xəbər verir ki, bunu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku tvitterdə yazıb.

Diplomat iyunun 25-26-da baş tutacaq Cənubi Qafqaz turu çərçivəsində avstriyalı və litvalı həmkarları Aleksandr Şallenberq və Qabrielius Landsbergislə birlikdə bu gecə Bakıya gəlib.

“İndicə Bakıda eniş etdik. Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərə hazırlaşırıq”, – rumıniyalı nazir qeyd edib.

B. Aureskunun sözlərinə görə, səfər Aİ-Azərbaycan qarşılıqlı fəaliyyətinin əhəmiyyətini yenidən vurğulamaq üçün yaxşı imkan yaradır.

Check Also

Şuşada TDT-nin dövlət və hökumət başçılarının iştirakı ilə Qarabağ Bəyannaməsi imzalanacaq

Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanacaq. Boyukmillet.com xəbbər verir …