Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Avropadakı bu dövlətin adı dəyişəcək – REFERENDUM KEÇİRİLƏCƏK

Makedoniyanın yeni adı referendum nəticəsində müəyyənləşəcək.

Boyukmillet.com xəbər verir ki, bunu Makedoniya baş naziri Zoran Zayev bəyan edib.

Makedoniyada referenduma çıxarılacaq yeni ad variantları hələ rəsmi olaraq açıqlanmayıb. Ancaq yerli mətbuatda Yeni Makedoniya Respublikası, Şimali Makedoniya Respublikası, Yuxarı Makedoniya Respublikası, Makedoniya Vardar Respublikası və Makedoniya Respublikası adlarının ümumxalq səsverməsinə çıxarıla biləcəyini yazıb.

Qeyd edək ki, bundan əvvəl Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nyu-Yorkda Makedoniyanın necə adlandırılmasına həsr olunmuş görüş keçirib. Rəsmi Afina qonşu ölkənin Makedoniya adlandırılmasına qarşı çıxır, çünki Yunanıstanda eyni adlı region var.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir