Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Millət vəkili hiddətləndi: “Xalqı aldatmaq olmaz”

“Güya, mən demişəm ki, xalqa pensiya vermək lazım deyil. Bu hansısa şərəfsizin atdığı böhtandır.  Təəssüf ki, yalanı yayanlar arasında özünə qələm adamı, şair deyənlər də var. Biz 30 ildir, bu böhtanların içindən keçib gəlirik. Bir dəfə belə yazı müəlliflərinə cavab vermişdim ki, mənim taleyim Bakı küləyidir, böhtançıların tüpürcəklərini öz üzlərinə yaxır”.


Boyukmillet.com xəbər verir ki, bu barədə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib.


O qeyd edib ki, əhalinin sosial müdafiəsi ilə bağlı qanunların müzakirəsi zamanı çıxışlarının mətni nöqtə -vergülünə qədər Milli Məclisin saytında yerləşdirilib:


“Mətbuatda dediklərim də göz qabağındadır. Orda millətimizin əlehinə olan tək bircə kəlmə tapılmaz! Tam tərsinə, xalqın mənafeyi mövqeyindən çıxışlar etmişəm.


Əslinə qalanda, məni tanıyan və ağlı başında olan heç kim mənim elə söz deyə biləcəyimə inanmaz!.. Həmin böhtanı Nəsibə İlkin adlı bir müəllif də paylaşıb.


Ona cavab vermək fikrində deyiləm, məqsədim Nəsibəni başa salmağa çalışan, tanıdığım və tanımadığım  onlarla insana təşəkkür etməkdir. Mənə ehtiyac qalmayıb,  hamı Nəsibə İlkinə anladıblar ki, yoxlamadan, mənbəyini bilmədən belə bir sözü paylaşmaq olmaz! Mənə önəmli olan bu inamdır.


Hamı bilir ki, mən xalqın ziyanına olan heç bir söz demərəm. Bu inam ömrümün ən böyük qazancıdır. Nəsibə paylaşdığı statusun böhtan olduğunu anlayıb, fakt qarşısında qalaraq statusunu silib, lakin əgər o özünü şair hesab edirsə, gərək, “məndən xahiş etdilər” kimi həlləm-qəlləm izahatlar verməkdənsə öz böyük həmkarından üzr istəyəydi. Nə isə… Bu məsələdə mənə inamlarını bildirən əziz dostlar, hamınıza təşəkkür edirəm. Sağ olun, var olun!”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …