Bazar , 28 Aprel 2024
Drone Cameras

Azərbaycan prezidenti Ukraynaya səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Ukraynaya səfər edəcək.

Boyukmillet.com İnterpress.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Ukrinform”a müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, 2016-cı ildə Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanda rəsmi səfərdə olub: “Səfər zamanı çox vacib razılaşmalar əldə olundu ki, hazırda biz onların icrası ilə məşğul oluruq. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya cavab səfəri edəcək. Bu səfər əlaqələrimizin inkişafı və möhkəmlənməsinə daha böyük impuls verəcək”.

Səfir bildirib ki, prioritet istiqamətlər artıq müəyyənləşib və səfər zamanı ikitərəfli əlaqələrə dair sənədlər paketi imzalanacaq.

A. Xudiyevin sözlərinə görə, hazırda sənədlər üzərində iş gedir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir