Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“ERMƏNILƏR LƏYAQƏTI TAPDALANMIŞ XALQ OLARAQ TARIXƏ DÜŞDÜLƏR”

“Torpaqlarımızın işğaldan azad olunması prezident İlham Əliyevin müdrikliyi, cəsarəti, Azərbaycan Ordusunun şücaəti sayəsində baş verdi. 44 gün davam edən vətən müharibəsi ermənilərin yenilməzliyi ilə bağlı mifi darmadağın etdi”.

Boyukmillet.com xəbər verir ki, bunu “Xalq Cəbhəsi”nə açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.

S.Adgözəlli vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin illərdir həyata keçirdiyi iqtisadi siyasətin , ordu quruculuğunun nəticəsidir bu qələbə, eyni zamanda xarici siyasətdə aparılan uğurlu diplomatik gedişlər, qardaş Türkiyə Respublikası ilə möhkəmlədirilən əməkdaşlıq fəaliyyətlərinin nəticəsi olaraq Azərbaycan oz torpaqlarını işğaldan azad etdi: “Bütün bu siyasətlərin qüsursuz həyata kecməsinin nəticəsidir ki, Azərbaycan faşist Ermənistan üzərində böyük və sarsıdıcı qələbə əldə etdi. Bütün bu nailiyyətin memarı müzəffər Ali baş komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Prezident İlham Əliyev həm müdrik siyasətçi kimi, həm də cəsarətli, hərb taktikasının bilicisi olaraq bu gün dünya tərəfindən qəbul edilməkdədir. 44 günlük müharibə azərbaycanlıların dünyada başını dik tutaraq nüfuz və ehtiram yerini göstərdi, ermənilər isə milli ləyaqəti tapdalanmış xalq olaraq tarixə düşdülər”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …