Medianın İnkişafı Agentliyi potensiallı, lakin maddi imkanı olmayan saytlara vəsait ayırmaqla bu sahədə ciddi islahatlar həyata keçirə biləcək.
Bu sözləri saytımıza açıqlamasında “Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli deyib.
O, bildirib ki, agentlik müsabiqədə qalibləri müəyyən edərkən bir çox əsas meyarları nəzərə alıb:
“Bununla sayların iqtisadi gücününü möhkəmləndirilməsi və təkmilləşdirilməsi gələcəkdə onların inkişafına gətirib çıxaracaq. Ümumilikdə, siyahı onu göstərdi ki, artıq villaları ilə yerə-göyə sığmayan, özünü harınlamış məmur kimi aparan media rəhbərlərinin dövrü bitib. Artıq o oliqarxlardan əsər-əlamət qalmayacaq”.
Baş redaktor, əvvəllər media siyasətində aparılan çirkin oyunların bu sahəyə ciddi təsir göstərdiyini dilə gətirib:
“Əli Həsənovun dövründə oliqarx olan və cənab Prezidenti təhqir edən təkəbbürlü media rəhbərləri bu gün yenə də dövlət başçısının siyasətinə qarşı çıxırlar, onun sərəncamı ilə yaradılan MEDİA agentliyinə hücumlar edirlər. İnanıram ki, bu əməllərlə onlar heç nəyə nail ola bilməyəcəklər, indiki halda həmin şəxslər son çırpıntıları ilə məşğuldurlar. Media üzrə aparılan islahatlar və görülən əməli işlər onların çirkin niyyətlərini ürəklərində qoyacaq”.
Vaqif Hüseynli
Demokrat.az