Cümə , 22 Noyabr 2024
Drone Cameras

Odessadakı diasporumuz beynəlxalq yarışda komandamıza dəstək göstərib

Xarici ölkələrdə yaşayan soydaşlarımızın beynəlxalq turnirlərdə çıxış edən azərbaycanlı idmançıları dəstəkləməsi ənənəyə çevrilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu ənənə 29 iyun – 2 iyul tarixlərində Ukraynanın Koblevo şəhərində təşkil edilən yeniyetmə, gənclər və böyüklər arasında universal döyüş növləri üzrə dünya kuboku zamanı da nümayiş etdirilib. Universal döyüş növlərinin “light” və “classic” versiyaları üzrə 28 ölkədən 400-ə qədər idmançının iştirak etdiyi yarışda Azərbaycan yığma komandası 24 idmançı ilə təmsil olunub.

Yarış zamanı qalib ölkəmizin idmançılarına Dünya Universal Döyüş Federasiyasının Prezidenti Azər Həsənov, Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev, Odessa vilayətinin Karolino–Buqaz şəhərinin deputatı Elşən Cəfərov, Odessa azərbaycanlılarının “Birlik” təşkilatının sədri Rövşən Quliyev, sədr müavini Telman Abbasov, Belqorod–Dnestrovsk regional bölməsinin rəhbəri Elmar Vəliyev və digər rəsmilər böyük coşğu ilə azarkeşlik ediblər.

Bu diqqətdən ruhlanan Azərbaycan komandası 8 qızıl, 2 gümüş, 9 bürünc medal qazanmaqla mötəbər turnirdə II və III-cü yerləri tutub.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …