Vergilər Nazirliyinin Bakı şəhəri üzrə lokal gəlirlər departamentinin direktor müavini Elnur İsgəndərov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Boyukmillet.com xəbər verir ki, mediada gedən xəbərlərə görə, Elnur İsgəndərov Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğludur.
Bununla yanaşı, E.İsgəndərovun sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu olduğu bildirilir.
Xaləddin İsgəndərov
Qeyd edək ki, F.Məmmədov iki ay əvvəl vergilər naziri vəzifəsindən götürülüb, onun yerinə isə sabiq təhsil naziri Mikayıl Cabbarov təyin edilib.
Hazırda Cabbarovun Vergilər Nazirliyində intensiv kadr dəyişiklikləri apardığı bildirilir.(Musavat.com)