“Pakistanla Azərbaycan arasında diplomatiya, siyasət və müdafiə sahəsində çox gözəl münasibətlər var. Lakin iqtisadi sahədə əməkdaşlıq istədiyimiz səviyyədə deyil”.
Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında jurnalistlərə deyib.
Səfir ümidvar olduğunu bildirib ki, yeni yaradılan İqtisadi Əməkdaşlıq Palatası iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin inkişafı üçün platforma rolunu oynayacaq.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
