Bu gün Azərkitabda, Respublika Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayevanın təşkilatçılığı, Modelyer Fəxriyyə Xələfovanın təşəbbüsü ilə MİLLİ MƏTBUAT GÜNÜ”- nə həsr olunmuş “Sahibkar qadınların fəaliyyətinin inkişafında medyanın rolu” mövzusunda möhtəşəm tədbir keçirildi. Qeyd olundu ki, sahibkar qadınlarla qadın medya mənsublarının belə tədbiri olmamışdı. İlkə imza atam lider xanımların bu təşəbbüsü tədbir iştirakçılarının alqışları ilə qarşılandı.
Tədbirdə Z. Ağayeva, F.Xələfova, tədbirin məqsədi, məramı haqqında ətraflı məlumat verdilər. Sonra türkiyədən gəlmiş sahibkar Canan xanım, xoş qarşılanmaya görə təşəkkür etdi. Canan xanıma Türkiyə və Azərbaycan bayrağı hədiyyə edildi.
Tədbirdə iştirak edən sahibkar xanımlar Xuraman Muradova, Narınc xanım,Aygün Ağamalıyeva, Nigar İbrahimova, Nurlana xanım və başqaları öz biznesləri haqqında qısa məlumat verərkən qeyd etdilər ki, bizneslərinin reklamı və fəaliyyətləri haqqında cəmiyyətin məlumatlanması üçün medya nümayəndələrinə həmişə ehtiyac vardır. Bu tədbirin çox əhəmiyyət kəsb etdiyini söyləyərək, tədbirin təşkilatçılarına və təşəbbüskarına dərin təşəkkür etdilər..
Sonra “Xəzər” TV – nin əməkdaşı İlhamə xanım, “Çıxış Yolu” verlişinin aparıcısı Nuranə xanım medya əməkdaşları adından təşəkkür etdilər və belə tədbirlərin əhəmiyyət kəsb etdiyiniqeyd etdilər.
Sonda AVMVİB-nin sədri, Qarabağ veteranı Fizuli Rzaquliyev Zemfira Ağayevay,Fəxriyyə Xələfovaya və Lətifə Əsədovaya təşkilatın yaranmasının 25 illiyinə təsis edilmiş “YUBLEY” medalını təqdim etdi. Bununla tədbirin rəsmi hissəsi başa çatdı, çay süfrəsi ətrafında tədbir iştirakçıları yaxından tanış oldular.
Yasəmən Möhübbətqızı
Baş redaktor, AJB-nin üzvü,
Beynəlxalq Sülh Səfiri