Bazar , 8 Fevral 2026
Drone Cameras

Bu il sənaye zonaları 268 milyon manatlıq qeyri-neft ixracı həyata keçirib

“Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında bu ilin I yarısında 824 milyon manatlıq – ötən ilin eyni dövrü ilə müqayisədə 38% çox məhsul istehsal edilib, 268 milyon manatlıq ixrac həyata keçirilib”.

Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də bildirib.

“Ümumilikdə, indiyə qədər sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixrac edilib”, – deyə o, qeyd edib.

Check Also

Gömrük və kirayə sahəsində müstəqil qiymətləndirmə təklif olunur

“Qiymətləndirmə fəaliyyətinin bütün sahələrdə vahid qaydada tətbiqi bazarın şəffaflığı və vətəndaşların hüquqlarının qorunması baxımından mühüm …