Bazar , 11 Yanvar 2026
Drone Cameras

Avropa Mərkəzi Bankı yerli bankların dividend ödənişini məhdudlaşdıra bilər

Avropa Mərkəzi Bankı (ECB) avrozonada fəaliyyət göstərən bankların dividend ödənişini məhdudlaşdırmaq üçün tədbirlər görə bilər.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun rəsmisi Marqarita Delqado məlumat verib.

Onun sözlərinə görə, ECB bankları yumşaq dividend siyasəti yürütməyə təşviq edəcək: “Əgər bunu qəbul etməsələr, daha yüksək kapital və ya keyfiyyət tədbirləri ilə bankların dividend ödənişlərini məhdudlaşdıra bilərik”.

Xatırladaq ki, tənzimləyici qurum avrozona banklarına bu il sentyabrın 30-na qədər səhmdarlarına dividend ödəməməyi və yaxud bu ödənişləri məhdudlaşdırmağı, səhmləri geri satın almağə tövsiyə edib. Bununla belə, kifayət qədər kapitala malik banklar 2019-2020-ci illərdəki bölüşdürülməmiş mənfəətlərinin bir hissəsindən dividend ödəyə bilər.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …