Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Türkiyəyə qarşı PYD-Əsəd anlaşmasında İranın rolu var – “Financial Times” qəzeti

İngiltərənin “Financial Times” qəzeti dünən Afrinə girməyə çalışan Əsəd tərəfdarı qüvvələrin mütəxəssislər tərəfindən “İran dəstəkli şiə milis qüvvələri” adlandırıldığını, bu səbəblə terror təşkilatı PYD ilə Əsəd arasındakı müqavilədə İranın rolu ola biləcəyini yazıb.

Boyukmillet.com Avropa.info-ya istinadən xəbər verir ki, dünən gecə bir qrup Əsəd tərəfdarı olan İran dəstəkli şiə milis gücü Afrinə girməyə çalışıb. İrəliləyən milislərə TSQ havadan müdaxilə edib.

“Financial Times” qəzeti dərc etdiyi yazısında Əsəd tərəfdarının Afrinə girməyə çalışdığını, Türkiyənin bu gücləri vurduğunu , mütəxəssislərin bu qrupları “İran dəstəkli şiə milis qüvvələri” adlandırdığını, bu səbəblə də PYD-Əsəd müqaviləsində İranın rolu ola biləcəyini qeyd edib.

“Bu da Suriya rejimi və YPG arasındakı müqavilənin Rusiyanın deyil, İranın himayəsi altında aparıldığına işarə edə bilər. Son həftələrdə Suriyadakı vətəndaş müharibəsi beynəlxalq güclərin oyunları ilə daha da mürəkkəbləşib. Buna Suriyadakı İrana aid hədəflərə atəş açdıqdan sonra endirilən İsrail təyyarəsi məsələsi də daxildir.

Suriyadakı münaqişə Bəşər Əsəd hakimiyyətinə qarşı xalq üsyanı kimi başladı və bunun səbəb olduğu xaos həm PYD/YPG-yə, həm də İŞİD-ə ərazi təmin edən, qarmaqarışıq, çox tərəfli bir müharibəyə çevrildi. Beynəlxalq müdaxilələr də mürəkkəbliyi artırdı. ABŞ rəhbərliyindəki koalisiya YPG-ni dəstəkləyir. Bu da praktikada, Afrində iki ABŞ müttəfiqinin qarşı-qarşıya gəlməsi deməkdir”- Times belə yazır.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir