“Azərişıq” ASC Qarabağda yeni elektrik enerjisi təchizatı sisteminin tətbiqinə başlayır.
Boyukmillet.com xəbər verir ki, yeni yanaşma əsasında 6-10 kV-luq elektrik veriliş xətt və transformator yarımstansiyaları ləğv ediləcək.
Onların yerinə müasir standartlara uyğun dərin girişli 35/04 kV-luq izolyasiyalı və mühafizəli elektrik təchizat sistemi yaradılacaq.
Mövcud plana əsasən Qarabağda 2 500 MVA-lıq 4 568 transformator yerləşdirilməlidir. Amma səhmdar cəmiyyətinin tətbiq etmək istədiyi yeni SMART yanaşma ilə ümumilikdə 790-800 MVT gücündə olan 198 transformator ixtisar olunacaq və həmin gücün 1 700 MVA-ya düşməsi deməkdir. Bu həmçinin 60 min hektar torpaq sahəsinə qənaət edilməsinə şərait yaradacaq.
“Azərişığ”ın yeni yanaşması Qarabağda illik 220 mln kVt/s yaxud orta hesabla 19,8 mln manatlıq elektrik enerjisi itkisinin də qarşısını alacaq.