Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Fizulu Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı – FOTO

Azərbaycan kökənli xeyriyyəçi iş adamı Füzuli Məmmədov İtaliya mətbuatında müəllif yazısı ilə çıxış edib.

İtaliya vətəndaşı olan F. Məmmədov öz məqaləsində Xocalı soyqırımından bəhs edir, onu bəşəriyyətin utanc yeri adlandırır.

İtalyanca yayınlanan məqalənin Azərbaycan dilindəki versiyasını təqdim edirik: 

***

Xocalı qətliamı – bəşəriyyətin utanc yeri
Bu il Ermənistanın Azərbaycana qarşı törətdiyi Xocalı qətliamından 26 il ötür. Xocalı qətliamı təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilən bəşəri bir cinayətdir.

Bu hadisə 100 il bundan əvvəl, yaxud orta əsrlərdə baş verməyib. Bu hadisə 26 il öncə bütün dünyanın gözü qarşısında törədilib. XX əsrdə bir şəhərin yer üzündən silinməsi faktı dünya və bəşəriyyət üçün qara ləkə, utanc yeridir, eyni zamanda beynəlxalq hüququn dəfn edilməsidir.

Hazırda Avropa ölkələri dünya dövlətləri arasında öndə gəlir. Beynəlxalq hüququn prinsiplərinə, insan hüquq və azadlıqlarına Avropa dövlətləri və cəmiyyətləri həmişə həssas yanaşıblar və bu faktora önəm veriblər.

Bu səbəbdən də bu cür dəhşətli bir hadisəyə Avropa dövlətləri tərəfindən hələ də hüquqi və siyasi qiymət verilməməsi anlaşılan deyil. 
Çünki 1992-ci ilin fevralında 613 Xocalı sakininin yaşam və mülkiyyət hüququ kobud şəkildə pozuldu. Onlar həyatlarını, torpaqlarını, evlərini itirdilər, insanlıq dramı yaşadılar.

Amma buna rəğmən, hələ də beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət görmədilər.

Fizulu Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı - FOTO

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Mən Avropaya, eyni zamanda Avropanın öndə gedən dövlətlərindən olan İtaliya dövlətinə, xalqına və mediasına səslənirəm ki, bu hadisəni daim diqqətdə saxlasınlar, mütəmadi olaraq gündəmə gətirsinlər və hüququn yanında olsunlar. Bu hadisə hüquqi və siyasi qiymətini alsın ki, bəşəriyyət bir daha belə utanc yaşamasın… (Musavat.com)

Füzuli Məmmədov
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir