“Biz hər zaman Xocalı üçün ədalət istəməyə davam edəcəyik”.
Boyumillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Bu gün Xocalı dəhşətinin 26-cı ildönümünün qeyd edildiyini vurğulayan səfir bildirib ki, Xocalı faciəsinə görə məsuliyyət daşıyan hər kəsin ədalət məhkəməsində hesab verməsinin vaxtı artıq çoxdan yetişib: “Onlar indi özlərini qəhrəman kimi aparır, amma mütləq hesab verməlidirlər”.
Səfir faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. (İnterpress.az)