Çərşənbə axşamı , 2 İyul 2024
Drone Cameras

İsmayıl Ağayev Beynəlxalq Hüquq Müdafiə Təşkilatının Komissarı Oldu

Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin Azərbaycan nümadəliyi yaradılmışdır. Nümayəndəliyə rəhbər dr. İsmayıl Ağayev rəhbər təyin edilmişdir. Birləşmiş Millətlər Təşkilatının üzvü olan, mərkəzi Parisdə yerləşən Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin rəsmi internet saytında Azərbaycan nümayəndəliyinin direktoru İsmayıl Ağayevin açıqlaması işıqlandırılmışdır. Açıqlamada bildirilir ki: “Bu gün Azərbaycan beynəlxalq sərmayə, sosial və humanitar layihələr sayəsində dünya siyasətinin müstəqil fiqurlarından biridir. Həyata keçirilən beynəlxalq layihələr təkcə region üçün deyil, bütün dünya üçün öz təsirini göstərməkdədir. Azərbaycanın Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin təmsil olunmasında əsas məqsəd ölkəmiz haqqında dünya ictimaiyyətinə doğru informasiyanın çatdırılmasını təmin etməkdir. 18 iyun 1998-ci ildə Heydər Əliyev tərəfindən təsdiqlənmiş “İnsan hüquqlarının müdafiəsi” dövlət proqramı əsasında cəmiyyətin demokratikləşdirilməsi və respublikada insan hüquq və azadlıqlarının inkişafı istiqamətində çoxsaylı işlər görülmüşdür”.

Qeyd edək ki, yeni yaradılmış nümayəndəliyin direktoru bu günə qədər Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin eksperti kimi fəaliyyət göstərmişdir. Dr. İsmayıl Ağayev eyni zamanda Beynəlxalq Diaspor Mərkəzinin sədridir.

 

Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin

Azərbaycan nümadəliyinin katibliyi

 

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir