Çərşənbə axşamı , 2 İyul 2024
Drone Cameras

BDM-dən Ərdoğana doğum günü təbriki

Bu gün Türkiyə Cümhuriyətinin prezidenti, Türk Dünyasının böyük oğlu, sevincimizlə, kədərimizlə hər zaman Azərbaycanın yanında olan Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. Türkiyəni təhlükəli hücumlardan xilas edib və bu gün Afrində terrorla mübarizədə bütün dünyaya sözün əsl mənasında dərs verən prezident Ərdoğanla təkcə Türkiyə deyil biz Azərbaycanda qürur duyuruq. Cənab prezident İlham Əliyevdən sonra Xocalı qətliamına ən dolğun qiymət verən, dünya siyasətçisi olaraq, bir daha Azərbaycanın haqlı mövqeynin yanında olduğunu nümayiş etdirdi.

Beynəlxalq Diaspor Mərkəzi olaraq Türkiyə prezidenti R. T. Ərdoğanı doğum günü münasibətilə, ürəkdən təbrik edib, uzun və sağlığlı ömür diləyirik. Ona qardaş Türkiyə dövlətinin və türk dünyasının birliyi, diriliyi, təhlükəsizliyi və inkişafı uğrunda fəaliyyətlərində uğurlar arzulayirıq.

Doğum Gününüz Qutlu Olsun Cənab Prezident!

Tanrı Sizi Qorusun.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir