Cümə , 13 Mart 2026
Drone Cameras

Çexiya Türkiyəyə yox dedi: PYD lideri azadlığa buraxıldı

Çexiyanın paytaxtı Praqada Türkiyənin tələbi ilə həbs edilən PKK-YPG terror təşkilatının sabiq lideri Saleh Müslim azadlığa buraxılıb.

Boyukmillet.com xəbər verir ki, bir neçə gün əvvəl həbs olunan Müslim məhkəməyə çıxarılıb və azadlığa buraxılıb. Media nümayəndələri məhkəmə salonuna buraxılmayıb. Terrorçu liderin azsaylı tərəfdarları məhkəmə qarşısında nümayiş təşkil ediblər.

Qeyd edək ki, Türkiyə Çexiyadan Saleh Müslimin həbsini və Türkiyəyə ekstradisiyasını tələb edirdi. 

Qeyd edək ki, Saleh Müslim Türkiyə xarici işlər nazirliyinin “Terror ittihamı ilə axtarılanlar” siyahısında yer alır və onun ölkəyə təhvili üçün 4 milyon türk lirəsi mükafat vəd edilir. (qaynarinfo)

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir