Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə Suriyada şəhidlər verdi

Suriyada, “Fərat Qalxanı Hərəkatı” bölgəsində Türkiyə ordusuna məxsus zirehli avtomobilə terror hücumu nəticəsində 2 türk əsgəri şəhid olub, 2 əsgər yaralanıb.

Bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: 

“”Fərat Qalxanı Hərəkatı” bölgəsində bir bazamıza doğru hərəkət edən zirehli avtomobilə edilən hücum nəticəsində iki qəhrəman əsgərimiz şəhid olmuş, iki qəhrəman əsgərimiz yaralanmış və dərhal xəstəxanaya aparılmışdır.

Bu hücum sonrası terror hədəfləri müəyyən edilərək dərhal atəş altına alınmış və vurulmuşdur. Terror mövqelərinə atışlarımız davam edir. Şəhidlərimizin qanını yerdə qoymadıq, qoymarıq. Bizləri dərin bir acı və üzüntüyə boğan bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbr, yaralılarımıza da şəfalar diləyirik”, deyə MMN-nin açıqlamasında deyilir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …