Cümə , 22 Noyabr 2024
Drone Cameras

Şahin Həsənov: Rusiya və Avropa ittifaqının ölkəmizlə birgə əməkdaşlıqa ciddi maraq göstərməsi Ermənistanı xoflandırır

Nəqliyyat-kommunikasiya məsələlərində ölkəmizin mövqeyi dünya miqyasında dəstəklənməkdədir. Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı həmkarı Vladimir Putinlə görüşündə səslənən fikirlər, eləcə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ölkəmizdə olarkən verdiyi bəyanatlar kontekstində özünü qabarıq şəkildə büruzə verdi.


Məsələ ilə bağlı “Boyukmillet. com”_a İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM ) beynəlxalq əlaqələr departamentinin rəhbəri Şahin Həsənov aşağıdakıları bildirib.


Prezident İlham Əliyevin Rusiya səfəri uğurlu keçdi.

Regionumuzla bağlı iki ölkə arasında hər hansı ziddiyyətli münasibət yoxdur. Azərbaycanın regionda əməkdaşlıq üçün vacib istiqamətlərdən biri hesab edilən nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret mövqe nümayiş etdirilib.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarının daha da yüksəlməsinə gətirib çıxaracaq. Elə bu da Rusiya və Avropa İttifaqını Azərbaycanla nəqliyyat sektorunda daha sıx əməkdaşlıq əlaqələri qurmağa meylləndirir. Eyni zamanda Rusiya və Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasını istəyir.

Yaxın tezlikdə Rusiyadan Azərbaycana gələcək geniştərkibli nümayəndə heyətinin ölkəmizdə müzakirə edəcəyi əsas məsələlərdən biri məhz nəqliyyat və infrastrukturla bağlı olacaq. Bura Zəngəzur dəhlizinin açılması da daxildir.

Sözügedən dəhliz Rusiya üçün də böyük əhəmiyyət kəsb edir. Bu da Ermənistanın dəhlizlə bağlı müqavimət imkanlarını heçə endirir.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …