Cümə axşamı , 1 May 2025
Drone Cameras

Tokio-2020: Rüstəm Orucov 1/4 finala yüksəldi – YENİLƏNİB

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Boyukmillet.com-un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/8 final mərhələsində Tacikistan təmsilçisi Somon Makhmadbekovla qarşılaşıb.

Rəqibinə vazari ilə qalib gələn Orucov 1/4 finala yüksəlib. O, bu raundda yaponiyalı Şohei Ono ilə görüşəcək.06:26

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Boyukmillet.com-un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla üz-üzə gəlib.

Rəqibinə vazari ilə qalib gələn Orucov 1/8 finala yüksəlib. O, bu raundda Somon Makhmadbekovla (Tacikistan) görüşəcək.

Qeyd edək ki, Rüstəm Orucov Azərbaycan komandasının bayraqdarlarından biridir.

Check Also

Azərbaycan klubunun məşqçisi 5 oyunluq cəzalandırılıb

AFFA futzal üzrə Yüksək Liqada çıxış edən “Neftçi” İK klubunun məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb. …