Şənbə , 4 May 2024
Drone Cameras

Azad olunmuş ərazilərdə tikiləcək TUNELLƏR – Ən böyüyü Kəlbəcərdə olacaq

“İşğaldan azad olunmuş ərazilərdə tikiləcək tunellərin ümumi uzunluğu təxminən 70 kilometr olacaq. Layihələndirmə işləri tikinti ilə paralel aparıldığına görə, bu rəqəm artıb-azala bilər”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolunda 7 tunelin tikintisi nəzərdə tutulub.

“Bu yolda tikiləcək tunelin ən böyüyünün uzunluğu 3,3 kilometr (km) olacaq. Ümumilikdə isə ən böyük tunel Kəlbəcər yolunda Murovdağ silsiləsinin altından keçməklə inşa ediləcək. Bu tunelin uzunluğu 11,7 km olacaq.

Bundan əlavə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunda 3 tunelin tikintisi nəzərdə tutulub ki, onların da uzunluğu 3,4 kilometr nəzərdə tutulub. Toğanalı-Kəlbəcər-İstisuyolunda 3 tunelin inşası planlaşdırılır. Gələcəkdə çəkiləcək Kəlbəcər-Laçın yolunda isə ilkin olaraq 3 tunelin tikintisi nəzərdə tutulub”. 

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …