Çərşənbə , 3 İyul 2024
Drone Cameras

ABŞ generalı: “Sualtı qayıqlarımız Rusiyanı məhv edə bilər”

ABŞ Rusiya tərəfindən istənilən hücuma cavab verə bilər.

Bunu Rusiya prezidenti Vladimir Putinin ən yeni silah barədə məlumat verdiyi Federal Məclisə müraciətini şərh edərkən ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının sədri, general Con Hayten deyib.

“Biz bütün mövcud təhlükələrə hazırıq və bu heç kimədə şübhə doğurmamalıdır”, – Hayten qeyd edib.

General əmin olduğunu bildirib ki, Rusiyanın ABŞ-a qəfil tammiqyaslı hücumundan başqa elə bir edəcəyi hərəkət yoxdur ki, Vaşinqton ona cavab verə bilməsin.

“Yeri gəlmişkən, sualtı qayıqlarımızın harada yerləşməsi barədə onların məlumatı yoxdur. Bu qayıqlar isə, həmin yolla gedəsi olsaq, onların ölkəsini məhv edə bilər”, – Hayten sözlərini belə yekunlaşdırıb. (Virtualaz.org)

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir