Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Tokio-2020: Azərbaycanın 21 idmançısı çıxışlarını başa vurub – SİYAHI

Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

Boyukmillet.com-un məlumatına görə, cüdoçu Zelim Kotsoyev 100 kq çəki dərəcəsində 1/16 final görüşünü qələbə ilə başa vurub. O, fransalı Aleksandr İddiri vazari xalı ilə yenib.

Lakin növbəti görüşündə Kotsoyev kanadalı Şadi Elhanasa ipponla uduzaraq, çıxışlarını erkən başa vurub.

Boksçu Məhəmməd Abdullayev isə 91 kq-dan yuxarı çəki dərəcəsində 1/8 final görüşünə çıxıb. O, özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolovla döyüşüb. Hər 3 raudda rəqibindən geri qalan Abdullayev 0:5 hesabı ilə uduzaraq, Oyunlarla vidalaşıb.

Beləliklə, Azərbaycanın Tokio-2020-də mübarizəni medalsız başa vuran idmançılarının sayı 21-ə çatıb:

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Aişə Qurbanlı (48 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Boks: Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …