“Mən Şuşaya ötən dəfə Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə gəlmişdim. Budəfəki səfər zamanı isə Şuşada görülən işlər bizi irəliyə doğru umidləndirdi”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
Onun sözlərinə görə, Şuşada planlı şəkildə həyata keçirilən təmir və bərpa işləri bizləri sevindirir: “Bildiyiniz kimi, Şuşa ilə Bakı arasında 6 saatlıq yol var. Şuşaya çəkilən Zəfər yolunun sentyabrın sonunda təhvil verilməsi planlaşdırılır. Bundan sonra da böyük nümayəndə heyətləri ilə Şuşa ziyarəti gerçəkləşəcək. İnanıram ki, Qarabağın incisi Şuşa Qafqazın, türk coğrafiyasının mədəniyyət mərkəzi olaraq bundan sonra da adından daha çox bəhs etdirəcək”.