Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan mayda Türkiyəyə təbii qaz ixracını kəskin azaldıb

Bu ilin may ayında Azərbaycan Türkiyəyə 426,7 milyon kubmetr təbii qaz ixrac edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin may ayı ilə müqayisədə 2,1 dəfə və yaxud 51,6 % azdır.

Hesabat ayında Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 11,85 % olub. Ölkəmiz Türkiyənin ümumi qaz idxalında Rusiya və İrandan sonra 3-cü yerdə qərarlaşıb.

Belə ki, mayda Türkiyə 3 599,5 milyon kubmetr qaz idxal edib ki, bu da 2020-ci ilin eyni ayına nisbətən 34,9% çoxdur. Bunun isə 1 862,8 milyon kubmetri Rusiyadan, 860,7 milyon kubmetri isə İrandan alınıb.

20210-ci ilin yanvar-may aylarında isə Azərbaycandan Türkiyəyə 4 355,9 milyon kubmetr təbii qaz ixrac olunub. Bu da 2020-ci ilin ilk 5 ayı müqayisədə 3,8 % azdır.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …