Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir

Qrenlandiyada havanın temperaturunun artması səbəbindən buz təbəqəsi sürətlə əriyir.

Boyukmillet.com -un məlumatına görə, bu barədə “Deutsche Welle” xəbər verib.

Məlumata görə, iyulun 28-dən bəri hər gün təxminən səkkiz milyard ton buz əriyib – bu, yay mövsümündə gözləniləndən iki dəfə çoxdur.

Ötən çərşənbə günü – iyulun 28-də havanın rekord – 19,8 temperaturu qeydə alınıb. Ümumilikdə 2021-ci ilin yazında ada 100 milyard tondan çox buz itirib.

Qeyd edilir ki, əgər Qrenlandiyanın buz örtüyü tamamilə ərisə, dənizin səviyyəsi azı 6 metr artacaq. Nəticədə dünyanın sahilyanı şəhərləri su altında qalacaq, hərçənd onlar daim bu təhlükə ilə üz-üzədir.

Check Also

NATO İranın Türkiyəni hədəf almasını qınayıb

NATO İranın Türkiyəni hədəf almasını qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. …